Məzahir Pənahov: "MSK növbədənkənar parlament seçkilərinə tam hazırdır"

"Mərkəzi Seçki Komissiyası seçkilərlə əlaqədar tam hazır vəziyyətdədir və bələdiyyə seçkilərindən növbədənkənar parlament seçkilərinə harmonik və ahəngdar keçid edəcək”. Sechki-2020.az saytının xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
Növbədənkənar parlament seçkilərinə hazırlıqla bağlı AzTV-yə danışan komissiya sədri bildirib ki, artıq dekabrın 6-dan parlamentə növbədənkənar seçkilərə start verilib: “Milli Məclisin deputatı seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edə bilərlər. Parlament seçkiləri zamanı bizim 125 dairədə seçkilər həyata keçirilir. Prezident seçkilərinə nisbətən parlament seçkilərində işimiz biraz gərgin olur".