ATƏT DTİHB-nin uzunmüddətli müşahidəçi missiyası Azərbaycana gəlib

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) uzunmüddətli müşahidə missiyası Azərbaycana gəlib. Sechki-2020.az saytı xəbər verir ki, müşahidəçilər heyətinə Piter Teyler (İsveç) rəhbərlik edir. Bu gün müşahidəçilər mətbuat konfransı keçirəcəklər və seçkilərə hazırlığı müşahidə etmək planları barədə danışacaqlar.
Daha əvvəl ATƏT DTİHB-nin fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə əlaqədar Azərbaycana 30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçi göndərəcəyi bildirilmişdi.