MDB PA missiyası Azərbaycanda parlament seçkilərini müşahidə edəcək

Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərin monitorinqində MDB Parlamentlərarası Assambleyasının (PA) beynəlxalq müşahidəçiləri də iştirak edəcəklər. Secki-2020.az saytı assambleyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə qərar Milli Məclisin sədri Oqtay Əsədovun müvafiq dəvəti ilə bağlı çıxarılıb.
MDB Parlamentlər Assambleyasının Baş katibi - şura katibliyinin rəhbəri Dmitriy Kobitskinin sərəncamına əsasən, MDB ölkələrində demokratiyanın, parlamentarizmin inkişafı, vətəndaşların seçki hüquqlarının təmin olunması ilə bağlı beynəlxalq institutun Bakı filialı uzunmüddətli monitorinqin hazırlıq işlərinə başlayıb.