MSK-nın iclasında Milli Məclisə seçkilərdə "exit poll" keçirmək niyyətində olan qurumun müraciətinə baxılıb

MSK-nın iclasında Milli Məclisə seçkilərdə "exit poll" keçirmək niyyətində olan qurumun müraciətinə baxılıb

Mərkəzi Seçki Komissiyasının (MSK) yanvarın 27-də keçirilən iclasında Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə "exit poll" keçirmək niyyətində olan qurumun müraciətinə baxılıb. Secki-2020.az saytının məlumatına görə, iclasda qeyd olunub ki, Əmək Hüquqlarının Müdafiə Liqası "AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə "exit poll" keçirmək üçün müraciət edib.

MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, bu təşkilatlar Azərbaycanda əvvəlki seçkilərdə də exit-poll keçirib və etibarlı nəticələr əldə edib.

O qeyd edib ki, təşkilatların Azərbaycanda keçirəcəyi "exit poll" 118 dairə üzrə 1053 seçki məntəqəsini əhatə edəcək.

Onun sözlərinə görə, 2106 müsahibəçinin və 47 supervayzerin bu prosesə cəlb olunması gözlənilir.