Milli Məclisə seçkilərdə səsvermə 5573 məntəqədə keçiriləcək

Azərbaycanda Milli Məclisə fevralın
9-da keçiriləcək seçkilərdə səsvermə 5573 məntəqədə aparılacaq. Bunu secki-2020.az
saytına açıqlamasında MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin
müdiri Şahin Əsədli bildirib.
Qeyd edək ki, səsvermə, ümumilikdə, 125 dairəni əhatə edəcək. Ölkə üzrə səsvermə səhər saat 08:00-da başlayacaq, axşam saat 19:00-dək davam edəcək.
Seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının qərarı ilə 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap olunub.
Parlament seçkilərində Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası ABŞ-ın "AJF&Associates İnc.” təşkilatı ilə birgə, “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondu Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə və RƏY Monitorinq Mərkəzi “exit poll” keçirəcək qurumlar kimi qeydə alınıb.