Parlament seçkilərində 1314 namizəd mübarizə aparacaq

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib. Secki-2020.az saytının xəbərinə görə, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 321 nəfəri deputatlığa namizədliyini geri götürüb, MSK 2 nəfərin deputatlığa namizədliyini ləğv edib.
Hazırda deputatlığa namizədlərin sayı 1314 nəfərdir.