"AJF & Associates, İnc" 26 saylı Sabunçu I Seçki Dairəsinin məntəqələrində "exit poll" keçirir

"AJF & Associates, İnc" 26 saylı Sabunçu I Seçki Dairəsinin məntəqələrində "exit poll" keçirir

26 saylı Sabunçu I Seçki Dairəsinin məntəqələrində "AJF & Associates, İnc" tərəfindən "exit poll" keçirilir. Secki-2020.az saytının xəbərinə görə, Seçki Dairəsinin 22 saylı məntəqəsinin sədri Rüxsarə Əlizadənin bildirib ki, məntəqənin 1489 nəfər seçicisi var.

Beynəlxalq müşahidəçilərdən Hendriks Petr (Hollandiya), Likaye Anne (ABŞ) məntəqədə səsvermə prosesini izləyib.

Məntəqədə 15 yerli müşahidəçi seçkini müşahidə edir.

"AJF & Associates, İnc" 26 saylı Sabunçu I Seçki Dairəsinin 15, 17 və 18 saylı məntəqələrində də "exit poll" keçirir.