“AJF & Associates, İnc” təşkilatı “Exit-poll”-un nəticələrini açıqlayıb

“AJF & Associates, İnc” təşkilatı “Exit-poll”-un nəticələrini açıqlayıb

"AJF & Associates, İnc" təşkilatının Milli Məclisə seçkilərlə bağlı keçirdiyi "Exit-poll"-un nəticələri açıqlanıb. Secki-2020.az saytının məlumatına görə, qurumun vitse-prezidenti Corc Braun deyib ki, 1053 seçki məntəqəsi üzrə "Exit-poll" aparılıb.

O bildirib ki, qurum tərəfindən ölkədə 2106 nəfərdən müsahibə alınıb. Açıqlanan nəticələrin xəta həddi 3.6-3.9 həddində götürülüb.

Qeyd olunub ki, "Exit-poll"un nəticələrinə görə, Yeni Azərbaycan Partiyası 69 yer, müstəqil namizədlər 41 yer, Vahid Azərbaycan Partiyası 3, Azərbaycan Demokratik İslahatlar Partiyası 1, Böyük Quruluş Partiyası 1, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 1 , Ana Vətən Partiyası 1, Vətəndaş Həmrəyliyi Partiyası 3 yer əldə edib.