Braziliyalı müşahidəçi: "Azərbaycanda demokratik seçkilərin şahidi oldum"

Braziliyalı müşahidəçi: "Azərbaycanda demokratik seçkilərin şahidi oldum"

"Azərbaycanda seçki prosesi tam şəffaf şəkildə keçirildi". Secki-2020.az saytı xəbər verir ki, bunu parlament seçkilərini izləmək üçün Azərbaycana səfər edən Braziliya konqresində Azərbaycan ilə dostluq qrupunun rəhbəri Claudio Cajado keçirdiyi mətbuat konfransında söyləyib.

O, Binəqədi və Qaradağ rayonlarındakı seçki məntəqələrində müşahidələr apardığını bildirərək deyib: “Mən hətta gün əzində rəqib namizədlərlə həmsöhbət olmuşam. Ümumilikdə, deyə bilərəm ki, heç bir neqativ halla rastlaşmadım. Azərbaycanda demokratik seçkilərin şahidi oldum. Müşahidələrimdən çox məmnunam”,- deyə Claudio Cajado vurğulayıb