Macarıstanlı jurnalist: "Seçicilərin səsvermədə fəal iştirakını yüksək qiymətləndirirəm"

Macarıstanlı jurnalist: "Seçicilərin səsvermədə fəal iştirakını yüksək qiymətləndirirəm"

“Dörd məntəqədə müşahidə apardım. Heç bir qanun pozuntusuna rast gəlmədim". Secki-2020.az saytı xəbər verir ki, bu sözləri Azərbaycanda keçirilən seçkiləri müşahidə edən macarıstanlı müstəqil jurnalist Peter Dunai keçirdiyi mətbuat konfransında bildirib.

Seçki prosesi barədə müşahidələrini bölüşən jurnalist seçicilərin fəal iştirakını yüksək qiymətləndirdiyini bildirərək deyib: Azərbaycan cəmiyyətində seçkiyə maraq böyük olduğunu müşahidə etdim. Məntəqələrdə kifayət qədər seçici var idi. Onlar üçün hər cür şərait yaradılmışdı”, -deyə P.Dunai əlavə edib.