Gürcüstan MSK: "Azərbaycanda parlament seçkiləri uğurla keçirilib"

Gürcüstan MSK: "Azərbaycanda parlament seçkiləri uğurla keçirilib"

Azərbaycanda parlament seçkiləri uğurlu keçib”. Secki-2020.az saytı xəbər verir ki, bunu Milli Məclisə keçirilən seçkilərlə əlaqədar mətbuat konfransında Gürcüstan Mərkəzi Seçki Komissiyası sədrinin müavini Georgi Şarabidze bildirib.

Georgi Şarabidze deyib ki, bu gün bir sıra seçki məntəqələrində müşahidələr aparıblar: "Mərkəzi Seçki Komissiyası bütün lazımi tədbirləri görmüşdü və bütün qaydalara əməl olunurdu. Azərbaycanlı həmkarlarımı təbrik edirəm”. O qeyd edib ki, seçki məntəqələrində seçicilərin səs verməsi üçün lazımı şərait yaradılmışdı: "Baxmayaraq ki, bu seçki növbədənkənar idi və seçkinin hazırlanıb keçirilməsi üçün vaxt məhdud idi. Mərkəzi Seçki Komissiyası bütün tədbirləri seçki qanunvericiliyə uyğun keçirmişdi. Eyni zamanda beynəlxalq müşahidəçilərin də müşahidə aparması üçün lazımı şərait yaradılmışdı. Ona görə müşahidə prosesində heç bir maneə ilə qarşılaşmadıq".