ABŞ-dan olan müşahidəçi: "Müşahidələrim zamanı heç bir qayda pozuntusu aşkarlamadım"

ABŞ-dan olan müşahidəçi: "Müşahidələrim zamanı heç bir qayda pozuntusu aşkarlamadım"

“Bu gün bir sıra məntəqədə səsvermə prosesini müşahidə etdim. Müşahidələrim zamanı heç bir insident qeydə alınmadı”. Secki-2020.az saytı xəbər verir ki, bunu ABŞ-dan olan müşahidəçi Mitç Silberman keçirdiyi mətbuat konfransında deyib.

“Biz bu gün gələcəyə şahidlik edirik. Seçkilər qaydalara uyğun keçirildi”, - deyə Mitç Silberman qeyd edib.

Digər amerikalı müşahidəçi, Buxara yəhudilərinin ABŞ və Kanada üzrə koordinatoru Rafael Nektal da müşahidələr zamanı heç bir qayda pozuntusunun aşkarlanmadığını bildirib.

O deyib: “ABŞ və Azərbaycan arasında seçki praktikasında müəyyən fərqlər var. Azərbaycanda seçki zamanı görünməyən mürəkkəblərindən istifadə marağıma səbəb oldu. Eyni zamanda, mən bir yəhudi olaraq deyim ki, Azərbaycanda dini azlıqların nümayəndələrinə hörmət var. Mən burada Albert Aqanurovun abidəsini və Şəhidlər xiyabanını ziyarət etdim. Azərbaycanda Aqanurovun xatirəsini hörmətlə yad edirlər. Buna görə Azərbaycan xalqına təşəkkürümü bildirirəm".