Ukraynanın məşhur televiziya kanalları Milli Məclisə seçkilər barədə xüsusi reportajlar yayıb

Ukraynanın məşhur televiziya kanalları Milli Məclisə seçkilər barədə xüsusi reportajlar yayıb

Ukraynanın tanınmış kütləvi informasiya vasitələrində Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı məlumatlar dərc edilib. Secki-2020.az saytı xəbər verir ki, UKRİNFORM, “İnterfaks-Ukrayna” informasiya agentliklərində, “Qolos-Ukrayna” qəzetində, “Butik-Media” nəşrində yayılan məlumatlarda Milli Məclisə seçkilərlə bağlı statistik rəqəmlər yer alıb, yaradılan şəraitdən bəhs olunub.

Məlumatlarda, həmçinin Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsini zəruri edən amillərə, həyata keçirilən islahatlara da toxunulur.



gallery
gallery