Parlament seçkilərində 2 milyon 547 min 982 seçici iştirak edib

Bu gün Azərbaycanda keçirilən parlament seçkilərində 2 milyon 547 min 982 seçici iştirak edib. Secki-2020.az saytı xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib. MSK rəsmisi bildirib ki, səsvermədə ölkə üzrə 5 milyon 329 min 461 nəfər seçicidən 2 milyon 547 min 982 nəfəri (47.81%) səsvermədə iştirak edib.
Qeyd edək ki, Milli Məclisə seçkilərlə əlaqədar səsverməyə bu gün saat 08:00-da start verilib, saat 19.00-da başa çatıb.