MSK sədri: "Milli Məclisə seçkilərlə bağlı sosial şəbəkələrdəki bütün görüntülər ciddi araşdırılacaq"

MSK sədri: "Milli Məclisə seçkilərlə bağlı sosial şəbəkələrdəki bütün görüntülər ciddi araşdırılacaq"

Milli Məclisə seçkilərlə bağlı sosial şəbəkələrdəki bütün görüntülər ciddi araşdırılacaq. Secki-2020.az saytı xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirilən mətbuat konfransında bildirib.

M.Pənahov deyib ki, kimin əlində görüntü varsa, MSK-ya təqdim etsin: “Hətta həmin videogörüntülərin surətini çıxarıb, qaytara bilərik. Parlament seçkiləri ilə bağlı araşdırma daha ciddi olacaq. Heç kimdə o səlahiyyət yoxdur ki, Azərbaycan ictimaiyyətinin gözləntilərinə kölgə salsın. MSK və aşağı seçki dairələri ictimaiyyətin tələblərinə cavab verməlidir. Ona görə də hər bir vətəndaş əlində olan bütün faktları MSK-nın aidiyyəti orqanlarına çatdırmalıdır”.