Məzahir Pənahov: "Vəzifəsinin öhdəsindən gələ bilməyən aşağı seçki komissiyaları buraxılacaq"

Məzahir Pənahov: "Vəzifəsinin öhdəsindən gələ bilməyən aşağı seçki komissiyaları buraxılacaq"

Vəzifəsinin öhdəsindən gələ bilməyən aşağı seçki komissiyaları buraxılacaq. Secki-2020.az saytı xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında bildirib.

“Heç bir komissiya üzvünün xoşagəlməz addımına göz yuma bilmərik. Xüsusilə də bilərəkdən edilən səhvlərə. Məcəllənin verdiyi imkanlardan istifadə edəcəyik. Lazım gəlsə hüquq-mühafizə orqanlarına da müraciət olunacaq”,- deyə MSK sədri vurğulayıb.