MSK-nın “Qaynar xətt”inə 261 müraciət daxil olub

Milli Məclisə seçkilərlə əlaqədar
MSK-nın “Qaynar xətt”inə 261 müraciət daxil olub. Secki-2020.az saytına xəbər
verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov
keçirdiyi mətbuat konfransında bildirib.
MSK sədri qeyd edib ki, həmin müraciətlərə baxılacaq və araşdırılacaq. O deyib: “Mən xoşagəlməz halların baş verməsini hiss edib, MSK-ya müraciət edənlərə minnətdarlığımı bildirirəm”.