Rusiyalı müşahidəçi: “Azərbaycanda parlament seçkiləri ölkə qanunvericiliyinə uyğun keçirildi”

Rusiyalı müşahidəçi: “Azərbaycanda parlament seçkiləri ölkə qanunvericiliyinə uyğun keçirildi”

Azərbaycanda parlament seçkiləri ölkənin seçki qanunvericiliyinə uyğun olaraq, sakit şəraitdə keçirildi. Secki-2020.az saytının məlumatına görə, bunu Bakıda keçirilən mətbuat konfransında Rusiyadan olan müşahidəçi, Federasiya Şurasının Elm, Təhsil və Mədəniyyət Komitəsinin rəhbəri Liliya Qumerova keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, istər paytaxtda, istərsə də bölgələrdə seçki prosesi yüksək səviyyədə təşkil edilmişdi. O, 11 seçki məntəqəsində müşahidə apardıqlarını, hər yerdə məntəqə sədrlərinin yüksək peşəkarlığının, şəffaflığın şahidi olduqlarını vurğulayıb.