Almazbek Batırbekov: “Namizədlərin 20 faizinin gənclər və qadınlar olması müsbət haldır”

Azərbaycanda keçirilən parlament seçkilərini izləmiş
Qırğızıstan müşahidə missiyası bu gün mətbuat konfransı keçirib. Secki-2020.az
saytının xəbərinə görə, müşahidə qrupunun rəhbəri Almazbek Batırbekov Bakı,
Şamaxı və Qobustanda yerləşən seçki məntəqələrində olduqlarını bildirib.
Qırğızıstan parlamentinin üzvü məntəqələrdə
seçicilərlə və MSK üzvləri ilə görüşdüklərini, prosesin tam şəffaf keçdiyini
qeyd edib.
A.Batırbekov, eyni zamanda MSK-nın öz işini uğurla gördüyünü, namizədlərin 20 faizinin gənclər və qadınlar olmasını müsbət qiymətləndirib.