GUAM PA-nın müşahidə missiyası: “Seçkilər yüksək səviyyədə təşkil olunmuşdu”

GUAM PA-nın müşahidə missiyası: “Seçkilər yüksək səviyyədə təşkil olunmuşdu”

“Dünən bir sıra seçki məntəqəsində olduq. Seçkilər yüksək səviyyədə təşkil olunmuşdu. Azad və ədalətli seçkilər keçirildi".  Secki-2020.az saytı xəbər verir ki, bunu Ukraynadan olan müşahidəçi, Ukrayna Ali Dumasının deputatı Marian Zabloskiy deyib.

O, seçkilərdə yüksək seçici fəallığını müşahidə etdiyini vurğulayaraq deyib: “Azərbaycanda seçkilər beynəlxalq tələblərə, həmçinin ATƏT və Avropa Şurasının prinsiplərinə uyğun keçirilib. Seçki məntəqələrində seçicilərin sərbəst səs vermələri, müşahidəçilərin prosesi rahat izləmələri üçün hər bir şərait yaradılmışdı".

GUAM nümayəndə heyəti seçki komissiyalarının işi və ümumilikdə səsvermənin təşkili və keçirilməsi ilə bağlı heç bir iradi olmadığını bəyan edib.