ŞƏT müşahidə missiyası seçkiləri yüksək qiymətləndirib

ŞƏT müşahidə missiyası seçkiləri yüksək qiymətləndirib

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidə missiyası Milli Məclisə keçirilən seçkilərlə əlaqədar mətbuat konfransı keçirib. Secki-2020.az saytının xəbərinə görə, təşkilat Milli Məclisə keçirilən seçkiləri müşahidə edib. Qeyd olunub ki, seçkilər beynəlxalq standartlara uyğun keçirilib.

Müşahidə missiyası xatırladıb ki, Mərkəzi Seçki Komissiyasının saytında namizədlər haqqında məlumat yerləşdirilib.

Qeyd edək ki, missiyanın rəhbəri təşkilatın baş katibinin müavini Şerali Consondur.

Missiyanın üzvləri Bakı, Abşeron yarımadasının yaşayış məntəqələri, Sumqayıt, Şirvan şəhərləri və onlara bitişik ərazilərdə seçki prosesini müşahidə ediblər.