Slovakiya parlamentinin üzvü: "Seçkilərdə hər şey demokratik qaydada təşkil olunub"

"Müşahidə apardığım bütün seçki məntəqələrində insanlarla ünsiyyətdə oldum, heç bir qanun pozuntusu ilə qarşılaşmadım". Secki-2020.az saytının məlumatına görə, bunu Slovakiya parlamentinin müşahidə missiyasının üzvü, Slovakiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Peter Marçek bildirib.
Onun sözlərinə görə, seçkilərdə hər şey demokratik qaydada təşkil olunub: "Məntəqələrdə vətəndaşlarla ünsiyyətdə olan zaman gördüm ki, onlar hamısı parlament seçkilərində iştirak etməkdə maraqlıdırlar”.
Azərbaycanda 10-cu dəfə olduğunu deyən P. Marçek bildirib ki, ötən illərə ərzində Bakı çox dəyişib, şəhər inkişaf edib: “Öz biznesmenlərimizə demək istəyirəm ki, Azərbaycanda investisiya qoymaq üçün münbit şərait var”.