Latviyalı müşahidəçi: Azərbaycanda parlament seçkiləri yüksək demokratik standartlara uyğun keçirilib

Latviyalı müşahidəçi: Azərbaycanda parlament seçkiləri yüksək demokratik standartlara uyğun keçirilib

“Azərbaycanda parlament seçkiləri yüksək demokratik standartlara uyğun keçirilib”. Secki-2020.az saytının məlumatına görə, bunu parlament seçkilərini izləyən Latviyadan olan müşahidə missiyasının üzvü Armands Krauze deyib.

“Təqdirəlayiq haldır ki, seçki məntəqələrində çoxlu sayda yerli müşahidəçilər iştirak edib. Bu o deməkdir ki, siyasi proseslər, həmçinin cəmiyyətin diqqət mərkəzindədir. Bu, vacib məqamdır. Hətta deyərdim ki, cəmiyyətin belə aktivliyi digər Avropa ölkələrində yoxdur", - deyə missiya üzvü vurğulayıb.

O təşkilatçılıq baxımından istər paytaxtda, istərsə də bölgələrdə seçki prosesinin qənaətbəxş təşkil olunduğunu vurğulayıb.