İƏT: Müşahidələrimiz zamanı heç bir qanun pozuntusuna rast gəlmədik

İƏT: Müşahidələrimiz zamanı heç bir qanun pozuntusuna rast gəlmədik

Səsvermə prosesini 8 məntəqədə izlədik. Müşahidələrimizə əsasən deyə bilərik ki, Azərbaycanda seçkilər yüksək səviyyədə, demokratik şəraitdə baş tutdu.

Secki-2020.az saytı xəbər verir ki, bunu parlament seçkilərini izləyən İslam Əməkdaşlıq Təşkilatının müşahidə missiyasının üzvü Əli Əsgər Mohammadi keçirilən mətbuat konfransında deyib.

O, Azərbaycanın demokratik inkişaf yolunda olduğunu və  mühüm nailiyyətlər əldə etdiyini bildirib. “Biz Bakıdakı seçki məntəqələrində müşahidə apardıq. Məntəqələrdə müşahidələrimiz zamanı heç bir qanun pozuntusuna rast gəlmədik. Havanın soyuq olmasına baxmayaraq, parlament seçkilərində seçici fəallığı kifayət qədər yaxşı idi”.

 Beynəlxalq müşahidəçi İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanın haqq işini hər zaman dəstəklədiyini diqqətə çatdırıb.