Bosniya və Herseqovina parlamentinin üzvü: “Olduğumuz məntəqələrdə pozuntu aşkarlanmayıb”

Bosniya və Herseqovina parlamentinin üzvü: “Olduğumuz məntəqələrdə pozuntu aşkarlanmayıb”

“Azərbaycanda parlament seçkilərinin təşkilatçılıq prosesində qadınlar daha çox iştirak edir, bu da olduqca önəmli haldır”. Secki-2020.az saytının məlumatına görə, bunu Bosniya və Herseqovina parlamentinin Azərbaycanda parlament seçkilərini izləmiş nümayəndə heyətinin üzvü Predraq Kojul deyib.

Onun sözlərinə görə, təmsil etdiyi nümayəndə heyəti Avropada olan seçkilərdə də iştirak edib. "Avropada keçirilən seçkilərdə biz qadınların iştirakını o qədər də müşahidə etməmişdik. Lakin Azərbaycanda bunu gördük. Mən artıq ikinci dəfədir, Azərbaycanda keçirilən seçkilərdə müşahidəçi kimi iştirak edirəm. Xüsusilə də qeyd etməliyəm ki, texniki baxımından təşkilatçılıq çıx yüksək səviyyədə təşkil olunub".