Rozanna Boldi: “Səsvermə zamanı qaydalara əməl olunub”

"Seçki günü Bakıda və ona yaxın ərazilərdə, habelə Sumqayıtda bir neçə məntəqələrdə müşahidə apardım. Seçicilərin sənədlərinin yoxlanmasına ciddi nəzarət olunduğunu müşahidə etdim. Həmçinin mürəkkəbdən istifadə, məntəqələrdə veb kameraların quraşdırılması və namizədlərin təmsilçilərinin çoxluğunu da qeyd etməliyəm”. Secki-2020.az xəbərinə görə, bunu növbədənkənar parlament seçkilərini izləyən İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Rozanna Boldi mətbuat konfransında deyib.
O bildirib ki, gənclər və qadınların müşahidəçilər arasında çox olması onların diqqətini cəlb edib: “Seçki məntəqələrində bütün qaydalara əməl etmək istəyi çox güclü idi”.