Rövzət Qasımov: "MSK-ya hələlik rəsmi şikayət daxil olmayıb"

Rövzət Qasımov: "MSK-ya hələlik rəsmi şikayət daxil olmayıb"

Milli Məclisə keçirilən seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına hələlik rəsmi şikayət daxil olmayıb. Secki-2020.az saytı xəbər verir ki, bunu jurnalistərə açıqlamasında Komissiyanın sədr müavini Rövzət Qasımov deyib. Onun sözlərinə görə, rəsmi şikayət daxil olmasa da, hər hansı hal olan zaman MSK toplanacaq və öz fikrini bildirəcək.

R.Qasımov qeyd edib ki, əgər 2015-ildə keçirilən parlament seçkiləri ilə bağlı 767 deputatlığa namizəd olubsa, builki seçkilərdə namizədlərin sayı 1314 nəfər olub.

“Builki təşviqat kampaniyasında kifayət qədər fərqli mühit mövcud olub. Hər bir namizəd bütün təşviqat kampaniyasında lazımi vasitələrdən istifadə edib. Namizədlər tərəfindən bəzən qanunvericilikdə nəzərdə tutulmayan üsullardan da istifadə olunub. Biz seçki qanunvericiliyinin ruhunu əsas götürərək namizədlərin sərbəst və rahat şəkildə öz seçiciləri ilə təmasda olmaq, öz ismarıclarını çatdırmaq imkanlarına malik olmalarını bir məqsəd kimi qarşımıza qoymuşduq",- deyə R.Qasımov vurğulayıb.