Macarıstan nəşri Azərbaycan parlamentinə seçkilərdən yazıb

Macarıstan nəşri Azərbaycan parlamentinə seçkilərdən yazıb

Macarıstanda geniş oxucu auditoriyası olan “Daily News Hungary” nəşri fevralın 9-da Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkilərindən yazıb: (см.: https://dailynewshungary.com/ruling-party-retains-majority-in-azerbaijans-parliament/).

Secki-2020.az saytı xəbər verir ki, materialda hakim Yeni Azərbaycan Partiyasının seçkilərdə inamlı qələbə qazanmasından danışılır. Yazıda səsvermənin gedişini müşahidə etmiş müstəqil müşahidəçilər barədə də məlumat verilib.

Xatırladaq ki, müşahidəçilər arasında Macarıstanı tanınmış jurnalistlər Peter Dunai və Dyord Konkoy-Tege təmsil ediblər. Onlar öz missiyaları çərçivəsində getdikləri seçki məntəqələrində seçki komissiyalarının əməkdaşlarının işini bəyəniblər, seçkilərin şəffaf keçdiyini bildiriblər.



gallery