Hasan Öztürk: "Parlament seçkiləri sabit və düzgün keçdi"

“9 fevral Azərbaycanda keçirilən parlement seçkiləri günü iki seçki dairəsində müşahidə apardım və heç bir qanun pozuntusuna rast gəlmədim”. Bu fikirləri secki-2020.az saytına Türkiyənin “Ülkə” Televiziyasının baş redaktoru, “Yeni Şafak” qəzetinin köşə yazarı Hasan Öztürk bildirib.
O qeyd edib ki, təxminən günboyu davam edən ardıcıl müşahidələrimizdə seçici fəallığının normal olduğunu və qanunazidd halların olmadığını gördük.
“Məntəqələrdə səsvermə şəffaf idi. Müşahidə apardığım məntəqələrdə veb-kameralar çalışırdı. Həm yerli, həm də beynəlxalq müşahidəçilərin sayı çox idi. Parlament seçkilərinin sabit və düzgün keçdiyi qənaətindəyəm”, - deyə H. Öztürk söyləyib.