“Seçkilər demokratik və rəqabət şəraitində keçdi”

“Seçkilər demokratik və rəqabət şəraitində keçdi”

“Azərbaycan Milli Məclisinə seçkilərdə ölkə üzrə bütün məntəqələrdə səsvermə üçün lazımi şərait yaradılmışdı. Apardığım müşahidələrə əsasən deyə bilərəm ki, seçkilər demokratik və rəqabət şəraitində keçdi”. Bu fikirləri secki-2020.az saytına açıqlamasında “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər bildirib.

O deyib ki, Media Qrupun əməkdaşları seçki prosesini diqqətdə saxladılar və məntəqələrdə kifayət qədər çəkilişlər aparıblar: “Seçkilərdə seçici fəallığını müşahidə etdik. Kiçik detalları nəzərə almasaq, bütövlükdə seçkilər sabit məcrada keçdi”.