Şamil Ayrım: “Seçkilər demokratik və beynəlxalq standartlara uyğun keçdi”

Şamil Ayrım: “Seçkilər demokratik və beynəlxalq standartlara uyğun keçdi”

“Azərbaycanda Milli Məclisə seçkilərlə bağlı gedən bütün prosesləri diqqətlə izlədim. Təbliğat-təviqat kampaniyasının maraqlı keçməsi seçkilərə də təsirini göstərdi. Seçki günü məntəqələrdə canlılıq, fəallıq gördüm”. Bu fikirləri secki-2020.az saytına açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.

Azərbaycanda keçirilən seçkilərdə bir neçə dəfə müşahidəçi qismində iştirak etdiyini deyən Ş. Ayırım hər dəfə olduğu kimi budəfəki parlament seçkilərinin də demokratik, beynəlxalq standartlara uyğun keçdiyini qeyd edib: “Budəfəki seçkilərdə fərq namizədlərin sayında idi. İlk dəfə idi ki, seçkilərə bu qədər namizəd qatılırdı. Bu, seçicilərin səsverməyə fəal şəkildə qatılmasını təmin etdi”.